AZ

Kennediyə vəzifə verildi

ABŞ Senatı tərəfindən Robert Kennedinin Səhiyyə və Sosial Xidmətləri katibi vəzifəsinə namizədliyi rəsmi olaraq təsdiqlənib.

Azreform.info xəbər verir ki, 52 lehinə, 48 əleyhinə səslə Robert Kennedi yeni vəzifəsinə təyin olunub.

ABŞ mediasının məlumatına görə, büdcəsi 1,7 trilyon dollar olan Səhiyyə Nazirliyinin rəhbəri peyvənd, xəstəxanaların yoxlanılması, qida keyfiyyətinə nəzarət, tibbi sığortanın təmin edilməsi və təhlükəli xəstəliklərin öyrənilməsi sahəsində tövsiyələrə nəzarət edir.

Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur. O, müstəqil namizəd kimi 2024-cü il prezident seçkilərinə qatılsa da sonradan Donald Trampın xeyrinə namizədliyini geri çəkib.

Seçilən
19
3
azreform.info

6Mənbələr