1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Amerika Birləşmiş Ştatları daxili məsələlərə diqqət yetirməli və hər yerdə rejim dəyişikliyini təşviq etməyi dayandırmalıdır".
Oxu.Az-ın kp.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, sahibkar İlon Mask Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumətlər Sammitində bildirib.
"Düşünürəm ki, ümumiyyətlə, biz başqa ölkələri öz işləri ilə baş-başa buraxmalıyıq və ABŞ hər yerdə rejim dəyişikliyini təşviq etmək əvəzinə öz işləri ilə məşğul olmalıdır", - deyə o vurğulayıb.
Mask iddia edib ki, ABŞ-nin yeni administrasiyası başqa ölkələrin işləri ilə o qədər də maraqlanmır.