AZ

Saçlarınızı düzgün darayın

Saçların daranması gündəlik saç baxımının bir hissəsidir. Saçların sağlamlığını və keyfiyyətini qorumaq üçün mütəmadi olaraq daramaq lazımdır.

“Qafqazinfo” xəbər verir ki, saçlar darandıqda baş dərisində qan axını aktivləşir. Bu da saçları qidalandırır və gücünü qoruyur.

Saç daramaq mütləq gündəlik vərdişə çevrilməlidir. Bunu etmək baş dərisini stimullaşdırır. Saçlar zərif şəkildə darandıqda baş dərisinə yüngül masaj effekti verir.

Saçların ehtiyac duyduğu qidaları alması və daha sürətli uzanması üçün qan dövranı sürətli olmalıdır. Gündə bir dəfə saç daramaq saçlara bu baxımdan böyük faydalar təmin edir.

Saçları daramaq üçün hansı fırçadan istifadə edildiyi vacibdir. Saçları yuduqdan sonra yavaş-yavaş və geniş bir fırça ilə daramaq daha yaxşıdır. Sərt hərəkətlərlə daramaq saçlarınızın tökülməsinə səbəb ola bilər.

Saçları yaş halda daramaq olmaz. Bu saçların qırılmasına səbəb olur. Saçlar darandıqda yaş və ya quru deyil nəmli vəziyyətdə olmalıdır. Əks halda zədələnəcək və yenidən qırılacaq.

Darama prosesində saçları tel-tel ayırmaq lazımdır. Təsadüfi olaraq daramaq saçın qırılmasına səbəb olur. Əvvəlcə saçın ucları açılmalı, sonra kökləri daranmalıdır. Çünki saçın ən çox dolaşıq yeri ucları olur.

Digər tərəfdən saçınızı daradığınız zaman istifadə edəcəyiniz daraq təmiz olmalıdır. Başqalarının istifadə etdiyi darağı istifadə etməməyə çalışın.

Saçınızı gündə bir dəfə daramaq kifayətdir. Gündə 3-4 dəfə daramaq saçlarınızın qırılmasına və zədələnməsinə səbəb ola bilər. Üstəlik saçın tez-tez daranması da nəm balansını pozur.

Hər kəs saç tipinə uyğun saç baxım məhsulları istifadə etməyə və saçı nəmləndirməyə diqqət yetirməlidir. Saçları çox sıx yığmaqdan  və ya gündəlik olaraq tez-tez daramaqdan çəkinin.

Seçilən
10
qafqazinfo.az

1Mənbələr