AZ

Tramp ELAN ETDİ: Rusiya, Ukrayna və ABŞ rəsmiləri bu şəhərdə görüşəcək

Rusiya, ABŞ və Ukrayna nümayəndələri fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşəcəklər.

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

"Onların sabah Münhendə görüşü olacaq. Rusiya orada olacaq. Yeri gəlmişkən, Ukrayna da dəvətlidir. Orada konkret olaraq hansı ölkələrdən kimlərin olacağına əmin deyiləm. Amma Rusiyadan, Ukraynadan və ABŞ-dan yüksək səviyyəli rəsmilər olacaq", - Tramp bildirib.

O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşə ümid edir, lakin yaxın vaxtlarda bu görüş təşkil edilməyəcək.

Seçilən
19
1
publika.az

2Mənbələr