Ukrayna ətrafında hadisələr fonunda Tramp və Putinin danışıqlar aparmasının məntiqi nəticəsi müharibənin başa çatması üçün edilən cəhd yox, işğalçı və işğala məruz qalana fərq qoymadan beynəlxalq hüququn gözardı edilməsi olduğu görünür. Bu fakt işğalçının iştahının qabarması kimi hədələri də özü ilə gətirir. Şərqi Avropamı, yoxsa Cənubi Qafqazmı Rusiyanın iştahına düşəcək bu maraqlıdır. Məsələ ondadır ki, hər iki regionun bir ortaq nöqtəsi var, o da Türkiyədir. Rusiyanın
qarşısına həm hərbi, həm də siyasi baxımdan Türkiyə çıxa bilər.
Odur ki, Avropa son ümidini Türkiyəyə bağlayır. Məsələ ondadır ki, son günlər Fransa prezidentinin belə Ərdoğan zəng etməsi, İngiltərə, Almaniya, Fransa və İspaniya istehsalı "Eurofigter" təyyarələrinin və "Meteor" raketlərinin Türkiyəyə verilməsi barəsində qərar verilməsi, həm də Yunanıstana rəğmən verilməsi onu göstərir ki, İngiltərə daxil bütün Avropa Türkiyənin hərbi cəhətdən güclənməsində maraqlıdırlar. Hesab edirəm ki, Türkiyənin Avropa İttifaqına alınması prosesi də mümkün görünür. Çünki Aİ artıq ABŞ-dan ümidini kəsir. Aİ özünün ordusunu yaratmağı düşünsə də bu, Rusiya qarşısında zəif qalır. Odur ki, NATO-nun ikinci ordusu kimi Türkiyəsiz bu mümkün deyil. Türkiyə faktoru Rusiya üçün çəkindirici amil rolu oynamalıdır.
Böyük ehtimalla Türkiyənin nüvə silahına tezliklə malik olması məsələsi də həll olunacaq, yəni Türkiyəyə bunun üçün razılıq veriləcək. Türkiyə bütün güclər arasında tarazlayıcı güc olacaq.
Azər Qasımov