ABŞ hökuməti ABŞ silahlarının alışını artıracağına ümid edərək Hindistanı F-35 qırıcıları ilə təmin etmək niyyətindədir.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Hindistanın baş naziri Narendra Modi ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.
"Bu ildən başlayaraq biz Hindistana müdafiə sənayesi məhsullarının satışlarını milyardlarla dollar artırırıq və nəticədə Hindistanı F-35 qırıcısı ilə təmin etmək üçün yol açırıq", - o bildirib.