AZ

Monteneqroda 74 yeni çimərlik zonası yaradılıb

Podqoritsa, 14 fevral, AZƏRTAC

Yay mövsümündə Monteneqro sahillərində 74 yeni çimərlik zonası fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Monteneqro hökuməti tərəfindən qəbul edilmiş yeni proqramda deyilir. Bildirilir ki, indiyədək Monteneqro sahillərində 489 çimərlik zonası olub. Əlavə 74 yeni zona ilə ölkə üzrə çimərliklərin ümumi sayı 563-ə, hotel çimərliklərinin sayı isə 70-ə yüksələcək. Yeni çimərlik zonalarının 18-i Budvada, 13-ü Herceq Novidə, hər birində 12 olmaqla Kotor və Ulcinjdə, 11-i Barda, 8-i Tivatdadır.

Qeyd edək ki, ölkədə çimərlik mövsümü mayın 1-dən oktyabrın 31-dək davam edir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Seçilən
21
1
azertag.az

2Mənbələr