"ABŞ Prezidenti Donald Trampla danışdıqdan sonra Vladimir Putinin cəsarətlənmiş görünür".
Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksiy Qonçarenko deyib.
"Biz ümid edirdi ki, Tramp hakimiyyətə gələndən sonra öz gücünü Rusiya liderinə göstərəcək. ABŞ-nin müdafiə naziri Pit Heqsetin "Kiyevin 2014-cü il sərhədlərinə qayıda bilməyəcək" sözləri bizi ruhdan salır. Görünən odur ki, iki ölkə prezidentinin danışıqlarından sonra Putin daha da cəsarətlənib, amma Ukraynanın ABŞ Prezidentinə inanmaqdan başqa çarəsi yoxdur" - deputat bildirib.