Bakı. Trend:
ABŞ administrasiyası Hindistanı F-35 qırıcıları ilə təmin etməkniyyətindədir.
Trend xəbər verir ki, bunuABŞ Prezidenti Donald Tramp Ağ Evdə Hindistanın Baş naziri NarendraModi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransındadeyib.
"Bu ildən başlayaraq biz Hindistana silah satışını milyardlarladollar artırırıq və nəticədə Hindistanı F-35 qırıcısı ilə təminetmək üçün yol açırıq", - deyə Tramp bildirib.