Almaniya kansleri Olaf Şolts Avropanın ABŞ-nin bərabərhüquqlu müttəfiqi olaraq qalmasını təmin etmək üçün müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağırıb.
Bu barədə "Moderator.az" TASS-a istinadən xəbər verir.
"Biz təhlükəsizliyimiz üçün daha çox işlər görməliyik ki, sülh içində yaşamağa davam edək. Şübhəsiz, müdafiə xərclərimiz əhəmiyyətli dərəcədə artmağa davam etməlidir”, - Şolts vurğulayıb.
Almaniya kanslerinin sözlərinə görə, NATO-nun ÜDM-in 2 %-i hədəfinə çatmaq üçün 2028-ci ildən federal büdcədən əlavə 30 milyard avroya ehtiyac olacaq.
Şolts həmçinin əlavə edib ki, o, Avropa İttifaqı daxilində müdafiə sahəsinə investisiyaların qoyulması ilə bağlı müzakirələri təşviq edəcək.