AZ

Tramp: Ukrayna, Rusiya və ABŞ nümayəndələri Münhendə görüşəcək

ABŞ prezidenti Donald Tramp Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna və Rusiya nümayəndələri ilə görüşün baş tutacağını açıqlayıb.

 

O, bu barədə cümə axşamı Ağ Evdə jurnalistlərə açıqlaması zamanı məlumat verib.

 

"Sabah Münhendə görüş olacaq. Rusiya orada bizimlə birlikdə olacaq. Yeri gəlmişkən, Ukrayna da dəvətlidir. Kimin hansı ölkəni təmsil edəcəyindən əmin deyiləm. Amma onu bilirəm ki, orada Rusiya, Ukrayna və ABŞ-dən yüksək vəzifəli məmurlar iştirak edəcək", - Tramp.

 

Qeyd edək ki, Rusiya 2022-ci ildən Münhen Təhlükəsizlik Konfransında iştirak etmir. Rusiya nümayəndələri də orada iştirak edəcəklərini hələ ki, rəsmi olaraq açıqlamayıblar.

 

APA

Tarix: 14 Fevral 2025, 07:19   
Seçilən
8
7
pravda.az

8Mənbələr