AZ

Tənhalıq müəyyən xəstəliklərin riskini artıra bilər - ARAŞDIRMA

Bakı, 14 fevral, AZƏRTAC

Araşdırmaya görə, tənhalıq qaraciyər xəstəliklərini sürətləndirir.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatda 400 mindən çox insan iştirak edib və onların sosial həyatı ilə qaraciyərindəki əlaqə təhlil edilib.

Əhalinin təxminən 30 faizinə təsir edən bu xroniki qaraciyər xəstəliyi piylənmə, diabet və yaşlanmanın artması səbəbilə ciddi ictimai sağlamlıq problemi kimi qiymətləndirilir.

Tədqiqat nəticələri göstərib ki, tənhalıq qaraciyər xəstəliklərini 22 faiz, sosial təcrid isə 13 faiz artırır. Bu təsirlər piylənmə, diabet və həyat tərzi faktorları kimi ənənəvi risk amillərindən asılı olmayaraq müşahidə edilib. Eyni zamanda, tənhalıq və sosial təcrid arasında qarşılıqlı əlaqələr nəzərə alındıqdan sonra belə, hər iki faktorun müstəqil təsiri davam edib. Nəticələr göstərir ki, tənhalıq yalnız psixi sağlamlığa deyil, həm də metabolik xəstəliklərin inkişafına ciddi təsir göstərir.

Tədqiqatçılar bu nəticələri təsdiqləmək üçün müxtəlif populyasiyalar üzərində aparılacaq uzunmüddətli tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.

Seçilən
28
1
azertag.az

2Mənbələr