AZ

"Dembelenin davranışı qüsursuzdur"

PSJ-nin baş məşqçisi Luis Enrike futbolçusu Usman Dembeledən danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə "RMC Sport" nəşri məlumat yayıb. İspaniyalı mütəxəssis deyib:

"Dembeledən soruşmaq lazımdır, Milad bayramında nə yeyib (gülür). O, özünə tamamilə güvənir. Ötən mövsüm yaxşı nəticələr göstərirdi. Lakin 2025-ci ildə daha yaxşı olub. Komanda yoldaşlarının onu necə aktiv şəkildə axtarıb tapdıqlarını görmək olar. Onun davranışı qüsursuzdur".

Qeyd edək ki, Usman Dembele bu mövsüm PSJ-nin heyətində 28 matça çıxaraq 23 qol vurub və 6 qolun ötürməsini edib. O, 2025-ci ildə çıxdığı 8 matçda 15 qol vurub.

Bizim.Media

Seçilən
22
2
bizim.media

3Mənbələr