AZ

Yatan vulkan oyanır: Santorini 6 santimetr hərəkət etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yunanıstanın məşhur turizm mərkəzi olan Santorini adasında son günlər müşahidə olunan "zəlzələ fırtınası"nın təsiri davam edərkən, vulkan yatağının hərəkət etdiyi məlum olub.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu barədə dəniz dibindəki seysmik fəallığı izləyən yunan alimləri xəbərdarlıq ediblər.
Onların sözlərinə görə, Santorini vulkan yatağı 4 santimetrə qədər qalxıb və şərqə doğru təxminən 6 santimetr üfüqi hərəkət edib.
Qeyd edək ki, Santorini və ətrafında sualtı qaz çıxışları olan vulkanların olduğu məlumdur. Mütəxəssislər ada yaxınlığındakı Kolumbo sualtı vulkanının partlamasının böyük sunami dalğası yarada biləcəyini və çıxan zəhərli qazların ətraf adalarda ölümlərə səbəb ola biləcəyini xəbərdarlıq ediblər.
Seçilən
43
2
oxu.az

3Mənbələr