Amerika lideri görüşlə bağlı başqa təfərrüatları açıqlamayıb...
Bu gün- 14 fevral 2025-ci ildə ABŞ prezidenti Donald Tramp gələn həftə Səudiyyə Ərəbistanında ABŞ, Ukrayna və
Rusiya rəsmilərinin görüşəcəyini elan edib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, o, bu barədə Ağ Evin Oval kabinetində keçirdiyi görüşdə bildirib.
"Sabah(15 fevral-S.L.) Münhendə, gələn həftə isə Səudiyyə Ərəbistanında görüş olacaq", - o əlavə edib.
“Mənim və ya Putinin iştirakı ilə deyil, yüksək vəzifəli şəxslərin iştirakı ilə”, - ddeyə Amerika prezidenti qeyd edib.
Onun sözlərinə görə, hər iki görüşdə Ukrayna iştirak edəcək.
"Baxaq görək, bu dəhşətli, amansız, qanlı müharibəyə son qoyub qurtara biləcəyikmi. Biz onu bitirmək istəyirik", - deyə Tramp yekunlaşdırıb.
Bundan əvvəl o, Münhendə Rusiya və ABŞ nümayəndələri arasında görüşün baş tutacağını bəyan etmişdi. Baxmayaraq ki, Rusiyanın Münhen Təhlükəsizlik Konfransında iştirakı rəsmi olaraq elan edilməmişdir. Təcavüzkar dövlət bu sammitdə 2022-ci ildən, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başladığı vaxtdan bəri iştirak etmir.
Ancaq bu arada Ukrayna Prezidentinin Ofisi Münhendə ruslarla görüşü inkar edir. Ukrayna tərəfinin işğalçı dövlətin nümayəndələri ilə danışmaq üçün heç bir ilkin şərti yoxdur.
S.Laçın