AZ

Qazaxıstan və Azərbaycan vergi islahatları və rəqəmsal həllər sahəsində əməkdaşlığı dərinləşdirməyə can atır - Kayrat Cumaqulov (ÖZƏL MÜSAHİBƏ)

Bakı.Trend:

Qazaxıstan beynəlxalq təşəbbüslər çərçivəsində Azərbaycanlaəməkdaşlığı genişləndirməyə, məlumat mübadiləsinin ikitərəflimexanizmlərini təkmilləşdirməyə və vergi məlumat mübadiləsinin dahada möhkəmləndirilməsi üçün vergi inzibatçılığınınrəqəmsallaşdırılmasını gücləndirməyə hazırdır.

Bunu Qazaxıstan Respublikasının maliyyə nazirliyinin dövlətgəlirləri komitəsinin sədr müavini Kayrat Cumaqulov Trend-ə verdiyi özəlmüsahibədə bildirib.

Onun sözlərinə görə, bu gün Qazaxıstan və Azərbaycan arasındavergi və maliyyə sahələrində əməkdaşlıq aktiv şəkildə inkişaf edirvə həm ikitərəfli, həm də çoxtərəfli mexanizmlər şəklində həyatakeçirilir. Bu əməkdaşlığın əsas alətlərindən biri ikilivergitutumunun qarşısının alınması ilə bağlı ölkələr arasındabağlanmış konvensiyadır. .

“Bu konvensiya şəffaf vergi mühitinin yaradılmasında və hər ikiölkənin biznesi və vətəndaşları üçün ikili vergi tutumunun aradanqaldırılmasında önəmli rol oynayır”, - deyə o bildirib.

Qazaxıstan və Azərbaycan Vergi Xidməti RəhbərlərininƏlaqələndirmə Şurası çərçivəsində aktiv şəkildə əməkdaşlıq edir ki,bu da öz növbəsində təcrübə və ən yaxşı praktikaların mübadiləsinəvə vergi inzibatçılığının mükəmməlləşdirilməsinə imkan verir.

“Biz eyni zamanda vergi şəffaflığı üzrə beynəlxalqtəşəbbüslərdə, o cümlədən, CRS (Common Reporting Standard) üzrəavtomatik maliyyə məlumatları mübadiləsində, İqtisadi Əməkdaşlıq vəİnkişaf Təşkilatının Qlobal Forumunun tələblərinə uyğun olaraqSoğru əsasında məlumat mübadiləsində (EOIR) iştirak edirik”, -deyəCumaqulov bildirib.

Kayrat Cumaqulov Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkəarasında əməkdaşlığın potensialına xüsusi diqqət ayırıb.

“Bizim xalqların tarixi və mədəni köklərində ortaq cəhətlərinolmasını nəzərə alsaq, bu potensial yüksəkdir. Bu isə daha dərinqarşılıqlı anlaşmaya, qarşılıqlı etibarın möhkəmlənməsinə və təkcəiqtisadi yox, həm də mədəni sahədə əməkdaşlığın qurulmasına yolaçır”, - deyə o bildirib.

Bundan başqa, Qazaxıstan və Azərbaycan Asiya və Avropa arasındaticarətdə vacib zəncir sayılan Trans-Xəzər beynəlxalq nəqliyyatmarşrutunun inkişafında həlledici rol oynayırlar.

“Bu əməkdaşlıq hər iki ölkəyə tranzit imkanlardan yararlanmağa ,eyni zamanda, xüsusilə enerji resurslarının daşınması və emalısahələrində enerji əməkdaşlığını inkişaf etdirməyə imkan verir”, -deyə Cumaqulov bildirib.

Cumaqulov beynəlxalq arenada ikitərəfli əməkdaşlığınmöhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

“Bakıda keçirilən Gömrük Xidməti Rəhbərlərinin 10-cu Görüşündəbır sıra sənədlərin, o cümlədən, eTIR prosedurunun tətbiqi iləbağlı yol xəritəsinin imzalanması gömrük prosedurlarınınsadələşdirilməsi və ölkələrimiz arasında məlumat mübadiləsininmükəməlləşdirilməsi istiqamətində atılmış vacib addımdır”, -deyəsədr müavini qeyd edib.

Cumaqulov bir neçə vacib istiqamətlərdə qarşılıqlı əlaqələrindərinləşdirilməsi üçün əhəmiyyətli potensialın mövcud olmasınıxüsusi olaraq qeyd edib.

“İlk növbədə, bu, avtomatik məlumat mübadiləsiningenişləndirilməsidir. Common Reporting Standard (CRS) kimi yenitexnologiyaların tətbiqi bizə vergi ödəyicilərinin maliyyəhesabları üzrə məlumatları operativ şəkildə mübadilə etməyimizəimkan yaradacaq. Bu isə, öz növbəsində şəffaflığı artıracaq vəvergidən yayınma hallarını əhəmiyyətli dərəcədə azaltmışolacaq”.

O, eyni zamanda, vergi inzibatçılığının rəqəmsallaşdırılmasıüzrə birgə layihələrin əhəmiyyətindən də söz açıb.

“Biz Qazaxıstanda effektivliyini sübut etmiş rəqəmsalplatformaların və alətlərin tətbiqi təcrübəsini bölüşməyə vəAzərbaycanın ən yaxşı təcrübələrini öyrənməyə hazırıq. Bu sahədəbirgə iş vergi proseslərinin idarə edilməsində yüksək standartlaradaha tez nail olmağımıza imkan verəcək”, – deyə əlavə edib.

Təlim və təcrübə mübadiləsi də ikitərəfli əməkdaşlığıninkişafında mühüm amillərdən biridir.

“Vergi orqanlarının mütəxəssisləri arasında müntəzəm seminarlar,təlimlər və işgüzar görüşlər kadrların ixtisas səviyyəsininartırılmasına və inzibatçılıq keyfiyyətinin yüksəldilməsinə köməkedəcək”.

Bundan əlavə, onun bildirdiyinə görə, hüquqi bazanıntəkmilləşdirilməsi əsas məsələlərdən biridir.

“Biz vergi qanunvericiliyinin uyğunlaşdırılması istiqamətindəbirgə işləməyə hazırıq. Bu, mümkün boşluqları aradan qaldırmağa vəbiznes üçün əlverişli şərait yaratmağa imkan verəcək”.

Cumaqulov qeyd edib ki, iki ölkə arasında əsas sahələrdə birgəlayihələrin inkişafı üçün əhəmiyyətli potensial mövcuddur.

“İlk növbədə, bu, enerji sahəsinə aiddir. Biz neft və qazındaşınması üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kimi nəqliyyatdəhlizlərindən istifadənin mümkünlüyünü nəzərdən keçiririk. Bu,təkcə onun tədarükünü şaxələndirməyəcək, eyni zamanda, logistikanınyaxşılaşmasına kömək olacaq ki, bu da enerji təhlükəsizliyisəviyyəsinin qaldırılması üçün zəruridir”.

O, həmçinin, bərpaolunan enerjinin inkişafının vacibliyinətoxunub.

“Günəş və külək elektrik stansiyalarının yaradılmasına böyükdiqqət ayrılır ki, bu, onun təmiz enerji mənbələrinə keçid üzrəqlobal tendensiyalara cavab verir”.

Nəqliyyat və logistikaya gəlincə, Cumaqulov qeyd edib ki,infrastrukturun müasirləşdirilməsi və inteqrasiya olunmuşsistemlərin inkişafı logistik məsrəflərin azaldılmasına vənəqliyyat axınlarının sürətlənməsinə imkan verəcək. Bu isə MərkəziAsiyanın, Qafqazın və Avropanın iqtisadi inteqrasiyasınıgücləndirəcək.

Onun sözlərinə görə, aqrosənaye kompleksi sahəsində əməkdaşlığında əhəmiyyətli potensialı var.

“Biz aqrotexnologiyaları bölüşə və birgə emal potensialınıinkişaf etdirə bilərik. Bu, istehsal kefiyyətinin artımını təminedəcək və ərzaq təhlükəsizliyini möhkəmləndirəcək”.

“İnnovasiyalar və yüksək texnologiyalar sahəsi əməkdaşlıq üçünvacib istiqamətlərdəndir. İqtisadiyyatın rəqəmsallaşdırılması,kibertəhlükəsizlik və texnoloji klasterlərin yaradılması üzrə birgəsəylər texnoloji irəliləyişin sürətlənməsinə və əlavəinvestisiyaların cəlb olunmasına təkan verəcək”, - deyə Cumaqulovvurğulayıb.

Seçilən
19
1
az.trend.az

3Mənbələr