AZ

ABŞ dövlət katibi Ukraynada çoxmərhələli nizamlanmanı mümkü hesab edib

Birləşmiş Ştatlar etiraf edir ki, Ukraynadakı hərbi münaqişənin həlli bir neçə mərhələdə həyata keçirilə bilər...

Poliqon xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. Rubio qeyd edib ki, danışıqlar zamanı “zərif məsələlər” də, o cümlədən ərazilərin bölünməsi də müzakirə edilməlidir.

Rubio bir daha ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinə son qoymaq istəyini bəyan edib. Eyni zamanda, o, prosesin çətin olacağını etiraf edib.

“Sülh prosesi mərhələli şəkildə baş verməlidir. Hələ razılaşdırılmasa da, proses atəşkəslə başlaya bilər. Sonra onlar humanitar yardım üçün dəhlizlər açacaqlar və hər iki tərəfin enerji infrastrukturuna hücum etməmək barədə əminlik yaranacaq”, deyə Mark Rubio Kley Travis və Bak Sexton radio şousunda deyib.

Dövlət katibi qeyd edib ki, Avropa ölkələri Ukraynaya etibarlı təhlükəsizlik zəmanəti verməli olacaqlar.

“İrəli addımlamağa hazır olan avropalılar olmalıdır. Lakin müzakirə ediləcək çox incə məsələlər var: ərazi iddiaları, silahlara nəzarət və bu kimi məsələlər, dil və mədəniyyət məsələləri...”, deyə ABŞ dövlət katibi vurğulayıb.

Qeyd edək ki, Bloomberg-ə görə, ABŞ-ın sülh planı münaqişənin dondurulmasına əsaslanır və Rusiya qoşunlarının işğal etdiyi ərazilər “müəyyən vəziyyətdə” qalacaq. Ukraynaya Moskvanın münaqişəni bərpa etməsinə mane olacaq təhlükəsizlik zəmanətləri təklif olunacaq, lakin onların nə olacağı məlum deyil. Agentliyin hesablamalarına görə, bu plan Avropaya 3 trilyon dollara başa gələcək.

Poliqon.info

Seçilən
7
1
poliqon.info

2Mənbələr