AZ

Tramp Ukrayna müharibəsinin başlamasının səbəblərindən danışıb

Qərbin Kiyevi Şimali Atlantika Alyansına (NATO) cəlb etmək istəyi Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasının səbəblərindən biri oldu.

APA xəbər verir ki, bu fikiri ABŞ prezidenti Donald Tramp Ağ Evdə Hindistanın baş naziri Narendra Modi ilə görüşündən sonra keçirilən mətbuat konfransında səsləndirib.

“Rusiya tərəfi çoxdan Ukraynanın NATO üzvü ola bilməyəcəyini açıqlamışdı. Prezident Co Bayden bu barədə danışdı, Vladimir Zelenski bu barədə danışdı. Düşünürəm ki, bu, müharibənin başlamasının səbəblərindən biri idi”, - Tramp bildirib.

Seçilən
17
5
azpolitika.info

6Mənbələr