ABŞ Konqresinin yuxarı palatası kiçik Robert Kennedini səhiyyə naziri vəzifəsinə namizədliyini dəstəkləyib. SİA xəbər verir ki, Kennedinin lehinə 52, əleyhinə isə 48 senator səs verib. Keçən həftə Senatın Maliyyə Komitəsi aparılan səsvermədə Kennedi bir səs fərqi ilə təsdiqlənib: komitədəki 14 respublikaçının hamısı onun namizədliyinin lehinə, 12 demokrat və bir müstəqil şəxs isə əleyhinə səs verib. ABŞ mediasının məlumatına görə, büdcəsi 1,7 trilyon dollar olan Səhiyyə Nazirliyinin rəhbəri peyvənd, xəstəxanaların yoxlanılması, qida keyfiyyətinə nəzarət, tibbi sığortanın təmin edilməsi və təhlükəli xəstəliklərin öyrənilməsi sahəsində tövsiyələrə nəzarət edir. Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur. O, müstəqil namizəd kimi 2024-cü il prezident seçkilərinə qatılsa da sonradan Donald Trampın xeyrinə namizədliyini geri çəkib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta