ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Tsinpinlə nüvə arsenallarının azaldılmasını müzakirə etmək niyyətindədir...
Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə deyib. Tramp nüvəsizləşdirməni özünün ikinci müddətinin əsas hədəfi adlandırıb.
Tramp iddia edir ki, artıq Putinlə Rusiyanın ilk səlahiyyət müddətində nüvə arsenalını azaltmaq barədə razılığa gəlib. Donald Tramp bildirib ki, koronavirus pandemiyası səbəbindən Çinlə bu məsələ ilə bağlı danışıqlar dalana dirənib və ABŞ prezidenti “bu məsələyə təzədən nəzər salacağına” söz verib. Tramp Putin və Si ilə danışıqlar aparmaq, daha sonra, bəlkə də, üçtərəfli görüş təşkil etmək istəyir.
Tramp danışıqların konkret vaxtını açıqlamayıb, lakin danışıqların çox da uzaq olmayan gələcəkdə başlayacağına ümid etdiyini bildirib.
“Bizim artıq o qədər çox nüvə silahımız var ki, dünyanı 50, hətta 100 dəfə məhv edə bilərik. Çin nüvə silahlarının sayına görə bizə çatmağa çalışır çünki onlar xeyli geridə qalıblar, lakin beş-altı ildən sonra bizə çatacaqlar”, deyə Tramp bildirib
Poliqon.info