“TikTok” mobil tətbiqi yenidən ABŞ-nin “Apple” və “Google” proqram mağazalarında əlçatandır.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"TikTok"un tətbiq mağazalarına qayıtması ABŞ-nin baş prokuroru Pam Bondinin məktubu ilə əlaqələndirilir.
Yanvarın 20-də inauqurasiyadan sonra Tramp ABŞ-da platformanın bloklanmasını ən azı 75 gün təxirə salmağı nəzərdə tutan sərəncam imzalayıb. O, həmçinin jurnalistlərə bildirib ki, ABŞ TikTok-un yarısına sahib olmalıdır, lakin bunun dəqiq nə demək olduğunu izah etməyib.
ABŞ-nin 46-cı prezidenti Cozef Bayden 2024-cü ildə Çin korporasiyası "ByteDance"ni bu ilin yanvarın 19-dək "TikTok"u ABŞ-də satmağa və ya fəaliyyətini dayandırmağa məcbur edən qanun imzalayıb. CNBC-nin məlumatına görə, ABŞ administrasiyası TikTok səhmlərinin 50 %-ni almaq üçün potensial iddiaçılar axtarır. Əsas iddiaçı "Oracle"ın baş direktoru Larri Ellisondur.