AZ

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xana qarşı sanksiyalar tətbiq edib

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xana qarşı sanksiyalar tətbiq edib. 2023-cü ildə o, Kreml lideri Vladimir Putinin həbsinə order verib.

Bu barədə ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Sərəncamda deyilir: “Hüquqi səlahiyyəti olmayan Beynəlxalq Cinayət Məhkəməsi ABŞ personalına və onun bəzi müttəfiqlərinə, o cümlədən İsrailə qarşı yurisdiksiyasını təsdiqləyib və ilkin araşdırmaya başlayıb. Daha sonra Xan İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant üçün əsassız həbs orderləri verməklə səlahiyyətlərindən sui-istifadə edib”.

Sənəddə bildirilir ki, BCM-nin İsrail və ABŞ-a qarşı son hərəkətləri ABŞ-ın hazırkı və keçmiş hərbçilərini, o cümlədən silahlı qüvvələrin həqiqi hərbi qulluqçularını birbaşa təhlükə altına almaqla təhlükəli presedent yaradıb.

2024-cü ilin noyabrında BCM-nin İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verdiyi bildirilir. Onlar Qəzza zolağında müharibə zamanı törədilmiş cinayətlərdə ittiham olunublar.

Xatırladaq ki, 2023-cü ilin martında BCM Vladimir Putinin həbsinə order verib. Sərəncam uşaqların Ukraynadan Rusiyaya qanunsuz deportasiyası ilə bağlı idi. Bundan əlavə, BCM Putinin törətdiyi digər hərbi cinayətləri də araşdırır.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
14
oxumeni.az

1Mənbələr