ABŞ-nin Alyaska ştatında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar 298 minə yaxın insanın yaşadığı Ankoric şəhərindən 679 km cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 25 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.