Yanvarın 19-da ölkədə qısa müddətə tətbiq edilən giriş blokuna görə ABŞ-də Google Play Store və App Store-dan silinən TikTok tətbiqi bu platformalara qayıdıb.
Bakıvaxtı.az bu barədə NBC News-a istinadla xəbər verir.
Google və Apple rəsmiləri TikTok tətbiqinin platformalarından endirilməsi ilə bağlı açıqlama veriblər. Açıqlamada bildirilib ki, buna uyğun olaraq ABŞ-də telefonlarında TikTok tətbiqi olmayanlar proqramı bu platformalardan endirə biləcəklər. Giriş qadağasının aradan qaldırılması ilə artıq tətbiqi telefonlarında olanlar TikTok-dan istifadə etməyə davam edə bilərlər.
ABŞ prezidenti Donald Tramp səlahiyyətlərinin ilk günündə bu qanunun icrasının 75 gün müddətinə dayandırılması barədə fərman imzalayıb. Tramp TikTok-un qadağan edilməsinin tərəfdarı olmadığını, lakin qadağanın aradan qaldırılması üçün bunun 50 faizinin ABŞ şirkətinə verilməsini istədiyini ifadə edib.
Murad Məmmədli