AZ

Minlərlə ukraynalı Almaniyaya buraxılmadı: səbəblər sadalandı

İki il ərzində təxminən 15 min ukraynalı Almaniyaya buraxılmadı.

QHT.az xəbər verir ki, Almaniya son il yarım ərzində sərhəd nəzarətini bərpa etdikdən sonra on minlərlə əcnəbini ölkədən uzaqlaşdırıb, onların beşdə biri ukraynalılardır. Euractiv-in hökumət statistikasına istinadən yaydığı məlumata görə, 2023-cü ilin avqust ayından etibarən sərhəd keçidindən imtina edilənlərin 19,1%-ni ukraynalılar təşkil edib.

Almaniya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, ukraynalıların girişinin rədd edilməsinin əsas səbəbi onların artıq başqa bir Aİ ölkəsində rəsmi mühafizə alaraq Almaniyaya gizli keçmək cəhdləridir. Həmçinin bəzi ukraynalılar Şengen zonasında səyahət üçün tələb olunan əlavə sənədləri təqdim edə bilmədiklərinə görə geri qaytarılıblar.

 

R.İmanov

Seçilən
16
qht.az

1Mənbələr