AZ

Çempionlar Liqasında həftənin futbolçusunun adı açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb. Metbuat.az xəbər verir ki, bu, "Borussiya Dortmund" klubunun hücumçusu Serou Qirassidir. 28 yaşlı qvineyalı oyunçu "Sportinq"lə (Portuqaliya) keçirilən ilk pley-off matçında (3:0) 1 qol və 1 assistlə yadda qalıb.

O, səsvermədə Vinisius Junior ("Real Madrid", İspaniya), Vanqelis Pavlidis ("Benfika", Portuqaliya) və İqor Payşaonu ("Feyenoord", Niderland) qabaqlayıb.

Seçilən
8
17
metbuat.az

10Mənbələr