AZ

“Atam dayısının şəri ilə həbs olunub” - Elton

Əməkdar artist Elton Hüseynəliyev ailəsi ilə bağlı etirafı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi qonaq olduğu “Gün ortası” verilişində bildirib ki, atası dayısının şəri ilə həbsə düşüb.

“Atam altıncı kalonda cəza çəkirdi. Atam dayısının şəri ilə həbs olunub. Biz evdə oturmuşduq. Mübahisə yarandı. Mənim rəhmətlik əmim ruhi xəstə olduğuna görə onun dayısı cəzaçəkməyə gedəcək, o isə ruhi xəstəxanaya gedəcəkdi. İzahatında yazmışdır ki, Əşrəf Hüseynəliyev də orada olub. Birinci atamı elə evdən gəlib həbsxanaya apardılar. Atam bir il cəza çəkdi. Ondan sonra onun dayısı Orduxan getdi və onun izini – tozunu görmədik. İkinci dəfə isə atam içkili olub, avtomobildə onu yuxu tutub. Sürücü atamı oyada bilməyib. Onu hansısa polis bölməsinə aparıb. Bax belə qarmaqarışıq məqamlar və hadisələr yaşanıb. Yəni mənim atam heç kimin qəlbinə dəyən insan olmayıb. Amma onun nədəsə günahı olmuşdur ki, cəza çəkib. Mən halal ata və ananın övladı olmuşam”, - deyə Elton vurğulayıb.

Seçilən
17
7
olay.az

8Mənbələr