Azərbaycanda qeyri-neft sektoru üzrə vergi rekordçusu məlum olub.
FED.az xəbər verir ki, «Kapitalbank» Azərbaycanda «Qeyri-neft sektoru üzrə vergi rekordçusu» nominasiyasında sertifikata layiq görülüb. Bu barədə bankın idarə heyətinin sədri Fərid Hüseynov bildirib.
Xatırladaq ki, fevralın 13-də İqtisadiyyat Nazirliyində keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda tədbirdə müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə sertifikatlar təqdim edilib. Tədbirdə «Kapitalbank» «Qeyri-neft sektoru üzrə vergi rekordçusu» sertifikatı qazanıb.
Fərid Hüseynov: “Birbank Bir ekosisteminin mərkəzindədir və bu təqdimat yeni bir dövrün başlanğıcıdır!”
«Yeni ildə yeni-yeni uğurlar və hədəflərə doğru»-deyə bank sədri bildirib.
Xatırladaq ki, ölkənin bank sektorunun liderlərindən olan «Kapitalbank» bankları arasında ən böyük vergi ödəyicilərindən biridir.
2024-cü ildə bankın gəlirləri 1 milyard 475 milyon manat, xərcləri 1 milyard 46,5 milyon manat təşkil edib.
Bank 2023-üc ilin sonunda 242 milyon manat, 2024-cü ildə isə 186 milyon manat xalis mənfəət əldə edib.
Nəticədə bank 2023-cü ildə 70,2 milyon manat, 2024-cü ildə isə 74,8 milyon manat mənfəət vergisi ödəyib.