Pulsuz istifadəçilər də GPT-5-ə çıxış əldə edəcəklər.
QHT.az xəbər verir ki, OpenAI-nin baş direktoru Sem Altman GPT-4.5 və GPT-5-in buraxılması planlarını paylaşaraq, GPT-4.5-in yaxın həftələrdə təqdim olunacağını, ardından GPT-5 üzərində işlərin davam edəcəyini bildirib. GPT-5 həm ChatGPT, həm də OpenAI API-yə inteqrasiya olunacaq və abunə səviyyəsindən asılı olaraq müxtəlif funksiyalar təqdim edəcək. Onun "yaxın aylarda" buraxılacağı və süni ümumi intellekt (AGI) sahəsində inqilabi addım olacağı gözlənilir.
Bununla belə, bəzi OpenAI işçiləri GPT-5-in təhlükəsizlik riskləri doğura biləcəyindən narahat olduqları üçün təlim prosesinin müvəqqəti dayandırıldığını bildiriblər.
R.İmanov