AZ

Tramp: “Ukraynada müharibə Baydenin bu sözlərinə görə başladı”

“Ukraynada müharibə ABŞ-nin keçmiş lideri Cozef Baydenin bu ölkənin NATO-ya üzv ola biləcəyini deməsinə görə başlayıb”.

Bizim.Media “MSNBC”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Trampın sözlərinə görə, Rusiyanın yerində olan hər hansı ölkə buna icazə verməz. ABŞ Prezidenti bildirib ki, Pentaqon rəhbəri Pit Heqsetin Ukraynanın NATO-ya daxil olmasının qeyri-real xarakteri ilə bağlı açıqlamaları Vaşinqtonun mövqeyini dəqiq əks etdirir.

Xatırladaq ki, fevralın 12-də ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü koordinasiya edən Qərb təmas qrupunun iclasında deyib ki, Ukraynanın 2014-cü ilə qədərki sərhədlərə qayıtmaq cəhdləri qeyri-real məqsəddir. O, həmçinin Ukraynanın NATO-ya daxil olma ehtimalını faktiki olaraq istisna edib və vurğulayıb ki, o, öz təhlükəsizliyinə cavabdeh olmalıdır.

Bizim.Media 

Seçilən
27
6
bizim.media

7Mənbələr