“Şamaxı”dan ayrılan Giorgi Kantariyanın yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Sokol”a keçib. Bu barədə Rusiya I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kantariya ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
Giorgi mövsümün əvvəlində “Şamaxı”ya keçib. Lakin futbolçu adı danışılmış oyunlarda hallandığı üçün klubdan qovulub.