"Gəncə Toxunulmamış Parça" ASC-nin (köhnə ünvan: Ş.İ.Xətai - 47, yeni ünvan: H.Əliyev pr. - 47) ləğvi ilə əlaqədar qiymətli kağız mülkiyyətçilərinin reyistri kitabında qeydiyyat nişanı - 2300033161, səhmlərin ümumi sayı 256983 nominalda olan səhmlər dövriyyədən çıxarılır.
FED.az xəbər verir ki, əlavə məlumatla AZ 20001, Gəncə şəhəri, Ş.İ.Xətai - 47 ünvanda tanış olmaq olar.
Qeyd edək ki, "Gəncə Toxunulmamış Parça" 20 aprel 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 513 966 manatdır.
Qanuni təmsilçisi isə Əliyev Mehrac Məmməd oğludur.