AZ

Onu çətənə bitkilərini oğurlamaqda ittiham edən həmkəndlisini bıçaqladı - HÖKM

Sabirabadda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Vüsal Məlikovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlərt Məhkəməsinin hakimi Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

 

Hökmə əsasən, o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 15 avqust 2024-cü il tarixdə, saat 22 radələrində Sabirabad rayonu Şıx Salahlı kənd tam orta məktəbinin idman meydançasında qeydə alınıb.

 

Belə ki, sərxoş vəziyyətdə olan Vüsal Məlikov həmkəndlisi, zərərçəkmiş Sahib Namazlı (soyadı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onu bir müddət əvvəl narkotik tərkibli çətənə bitkilərini oğurlamaqda ittiham etməsi və buna görə mərhum atasının qəbrinə nalayiq ifadə işlətməsi olub. Bu zamanı o, Sahibin baş və bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqları ilə, başı ilə vurub. Sonra o, yerdən götürdüyü ağac parçası ilə zərərçəkmişin kürək nahiyəsinə zərbə endirib. Daha sonra Vüsal üzərində saxladığı istintaqa mətbəx bıçağı ilə zərərçəkmişin sağ qoltuqaltı nahiyəsinə üç dəfə vuraraq ona bədən xəsarətləri yetirib.

 

Hadisədən sonra Vüsal Məlikov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 14 Fevral 2025, 08:47   
Seçilən
17
50
pravda.az

10Mənbələr