"Mənim şikayətim "Mega Sığorta" şirkəti və ölkənin "as" bankı - Mərkəzi Bankdandır". "Dia.az" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Fariz Cəfərov adlı istifadəçi giley edir.Narazı vətəndaş daha sonra bildirir: "Mənzilimdə 62 gün əvvəl sığorta hadisəsi baş verib. "Mega Sığorta" dəyən zərəri 50%-dən də aşağı qiymətləndirib. Lap yaxşı qiymətləndirsin. Müstəqil ekspert seçmək istəyirəm Mərkəzi Bankın saytında kişinin oğlanları yekə bir siyahı qoyub.Hansını seçirəmsə, "Mega Sığorta" deyir, yox ee o fəaliyyət göstərmir... başqasını seç. Zəng edirəm Mərkəzi Bankın qaynar xəttinə çox normal formada deyirlər ki, həə... ola bilər ki, biz o siyahıda göstərək amma onlar fəaliyyət göstərməsin.Artıq bilmirəm müstəqil eksperti hansı qonşu dövlətin saytından seçim ki, həm fəaliyyət göstərsin həm də "Mega sığorta"ya sərf eləsin ki, onu qəbul eləsin.Sonra utanmaz-utanmaz deyirlər ki, evi sığorta etməyənlər İXM-ə uyğun cərimələnəcək.A kişi, get bir sığorta sistemivi düzəlt sonra camaatı cərimə elə. Sığortaya hər il əlimizlə verdiyimizi qolumuzla ala bilmirik axı..."Dia.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta