AZ

Razi Nurullayev: “Artıq bolt, qaykaları bərkitmək lazımdır...”

“Ailə mentaliteti ilə bağlı sovet dövründə təbliğat aparılırdı. Sovetlər dağılandan sonra isə ailə dəyərlərinin inkişafı arxa plana keçdi”.

Bu sözləri Bizim.Media-ya  açıqlamasında millət vəkili Razi Nurullayev serial və verilişlərimizdə ailə dəyərlərinin pozulması, xəyanət, boşanma, məsələlərin qabardılmasından danışarkən qeyd edib.

“Yadımdadır ki, hələ 90-cı illərin əvvəllərindən Braziliya, Argentina serialları Azərbaycan kanallarını doldurmuşdu. Elə o seriallardan dəyərlərimiz itməyə başladı. Sonradan isə ailə dəyərlərini, mentalitetimizi, adət-ənənələrimizi elə adamlara təbliğ etdirdilər ki, o adamların özlərinin həyatı heç cür nümunə ola bilməzdi.

İndi televiziyada olan bəzi verilişlər, serial və proqramların hamısı daha çox biznes məqsədi ilə həyata keçirilir. Bu zaman isə dəyərlər nəzərə alınmır. Düşünürəm ki, artıq bolt, qaykaları bərkitmək lazımdır ki, o boşluqlar aradan qaldırılsın. Bunun üçün də nəzarət mexanizimləri gücləndirilməlidir”.

Deputat televerilişlərə nəzarət edən qurumlara səslənərək, sözügedən problemin aradan qaldırılması üçün əməli işlərin görülməsini istəyib:

“Yaxşı olardı ki, dövlət tərəfindən addımlar atılsın ki, o verilişləri, proqramları aparanlar da gəliri insanların taleyi üzərindən əldə etməsin”.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
39
bizim.media

1Mənbələr