AZ

ABŞ-da yumurta doqquz ilin ən yüksək qiymətinə qalxıb

ABŞ-da yumurta qiymətləri yanvar ayında əvvəlki ayla müqayisədə 15,2 faiz bahalaşıb.

Demokratikmusavat.comxəbər verir ki, bu, 2015-ci ilin iyun ayından bəri ən böyük aylıq bahalaşmadır.

2024-cü ilin yanvar ayı ilə müqayisədə yumurta qiymətləri quş qripinin ölkə üzrə yayılması fonunda 53 faiz artıb.

Ölkədə bəzi ərzaq mağazaları müştərinin ala biləcəyi yumurta sayına məhdudiyyətlər qoymağa başlayıb. Bunlara Costco Wholesale, Trader Joe's, həmçinin Walmart Inc.-in topdansatış və marketlər şəbəkəsi olan Sam's Club daxildir.

Ekspertlərə görə, qiymət artımı və satışa qoyulan məhdudiyyətlər ölkədə real yumurta qıtlığının nəticəsi deyil. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, dekabr ayında ölkədə 9,12 milyard yumurta istehsal olunub ki, bu da 2023-cü ilin eyni ayına nisbətən cəmi 3 faiz azdır. ABŞ prokurorluğu yumurtanın qiymət artımında haqsız rəqabət əlamətlərinə dair xəbərdarlıqla çıxış edib.

Agentliyin məlumatına görə, 12 ədədlik iri yumurtanın topdansatış qiyməti keçən həftə 7,34 dollar təşkil edib ki, bu da ötən ilki səviyyədən üç dəfə çoxdur.

Eyni zamanda, pərakəndə mağazalar adətən müştəri cəlb etmək üçün yumurtaları topdansatışdan daha aşağı qiymətə satırlar: Ucuz yumurta üçün mağazaya gələn alıcı yumurtadan əlavə başqa mallar da alır.

Əmək Nazirliyinin məlumatına görə, ABŞ-da istehlak qiymətləri (CPI) yanvar ayında əvvəlki ayla müqayisədə 0,5 faiz artıb. Bu artımın üçdə ikisi yumurtanın bahalaşması ilə bağlı olub.

Nazirliyə görə, on ədəd böyük A dərəcəli yumurtanın orta pərakəndə satış qiyməti keçən ay 4,95 dollar təşkil edib ki, bu da bir il əvvəlki qiymətdən iki dəfə çoxdur və rekorddur.(musavat.com)

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
22
5
Demokratikmusavat.com

2Mənbələr