AZ

Bəşər Əsədin ailəsinin Dəməşqdən qaçış hekayəsi

Bəşər Əsədin 23 yaşlı oğlu Hafiz Əsəd, adının açıqlanmasını istəməyən Rusiya rəsmisinin təklifindən sonra ailəsinin Dəməşqdən Moskvaya uçması haqda danışıb.

Publika.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanal qeyd edib ki, Hafiz Əsəd əvvəlcə "X" sosial şəbəkəsindəki səhifəsində hekayəni dərc etsə də, platforma sonradan bu paylaşımları silib.

Bəşər Əsədin oğlu qeyd edib ki, devrilmə ərəfəsində Suriya prezidentinin ailəsi qismən Moskvada olub - sümük iliyi transplantasiyasından sonra anası Əsma Moskva klinikalarından birində, Moskva Dövlət Universitetində dissertasiya müdafiə edən Hafizin özü və bacısı Zein isə Rusiya paytaxtının adı açıqlanmayan bölgəsində.

Dekabrın 1-də Hafiz Dəməşqə qayıdıb, bunu Əl-Muhacirin bölgəsindəki Əl-Nairabain parkında çəkdiyi fotoşəkil də təsdiqləyib, lakin artıq dekabrın 8-nə keçən gecə adı açıqlanmayan bir Rusiya rəsmisi prezident sarayına gəlib və Əsəd ailəsinə Dəməşqi tərk etməyi tövsiyə edib.

Seçilən
12
2
publika.az

3Mənbələr