AZ

Macarıstan Ukraynaya xəbərdarlıq edib

Macarıstan Ukraynanın daxili işlərinə qarışması və ölkə rəhbərliyini gözdən salmaq cəhdləri ilə əlaqədar ona qarşı sərt tədbirlərin görülməsini istisna etmir. Bunu Kiyevdə səfərdə olan Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr nazirinin müavini Levente Madyar deyib.

O, yerli hakimiyyət orqanlarını məlumatlandırıb ki, Macarıstanın xüsusi xidmət orqanları Ukraynanın “Macarıstan hökumətini daxildə və xaricdə nüfuzdan salmağa yönəlmiş tədbirləri maliyyələşdirmək və dəstəkləmək” qərarından xəbərdar olublar. “Ukrayna liderləri Macarıstan hökumətinə qarşı fəaliyyətin maliyyələşdirilməsi faktını birmənalı şəkildə inkar etmədilər və heç bir təfərrüat vermədilər, vəziyyətə sonra aydınlıq gətirəcəklərini vəd etdilər”, - Xarici İşlər Nazirliyinin rəis müavini M1 telekanalının efirində bildirib.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
29
oxumeni.az

1Mənbələr