Diabet necə yaranır?
Hər il bir milyondan çox insan diabetdən ölür. Xəstəliyin risklərinə baxmayaraq, insanların yarısı diabet xəstəliyindən xəbərsizdir.
Qlobal.net bildirir ki, şəkərli diabet və ya xalq arasında bilindiyi kimi diabet, qandakı bütün şəkəri emal edə bilməməkdən qaynaqlanır.
Bədəndəki şəkər səviyyəsini tarazlayan insulinin qeyri-kafi ifraz edildiyi və ya insulinə reaksiya verilmədiyi zaman yaranan yüksək qan şəkəri bu xəstəliyə səbəb olur.
Müalicəsi olmayan şəkər xəstəliyi nəzarət altına alınmazsa infarkt, iflic, korluq və böyrək çatışmazlığı kimi xəstəliklərə yol aça bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər il dünyada ən azı 1,5 milyon insan diabetlə birbaşa əlaqəli səbəblərdən dünyasını dəyişir.
Bəs diabetə nə səbəb olur?
Yediyimiz zaman bədənimiz karbohidratları şəkərə çevirir. Mədəaltı vəzin ifraz etdiyi insulin hormonu bu şəkərin enerjiyə çevrilməsi üçün onun sorulmasını təmin edir. Diabet insulinin ifraz olunmaması və ya lazım olduğu kimi işləməməsi nəticəsində yaranır. Bu, qanda şəkərin yığılmasına səbəb olur.
Diabetin tipləri nələrdir?
Tip 1 Diabet:
Mədəaltı vəzi insulin istehsalını dayandırdıqda və beləliklə qanda qlükoza miqdarını artırdıqda meydana gəlir. Elm adamları bunun niyə olduğunu dəqiq bilmirlər. Bununla belə, bunun mədəaltı vəzində insulin istehsal edən hüceyrələrə zərər verən genetik və ya viral infeksiyalarla bağlı olduğu güman edilir. Tip 1 diabet xəstələrinin 10 faizini təşkil edir.
Tip 2 Diabet:
Mədəaltı vəzinin kifayət qədər insulin istehsal etməməsi və ya istehsal olunan insulin hormonunun təsirsiz olması nəticəsində yaranır. Bu, adətən orta və daha yaşlı yaşlarda baş verir. Lakin artıq çəkisi olan və hərəkətsiz gənclərdə də müşahidə oluna bilər.
Diabetin əlamətləri hansılardır?
Ən ümumi simptomlara aşağıdakılar daxildir:
1.Çox susuzluq hissi Xüsusilə gecələr adi haldan daha tez-tez sidiyə çıxır
2.Çox yorğun hiss etmək istəmədən arıqlamaq
3.Bulanıq görmə
4.Kəsiklər və cızıqlar sağalmır
5.Daimi dodaq uçuqlaması
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) məlumatlarına görə, tip 1 diabetin simptomları adətən uşaqlıq və ya yeniyetməlik dövründə görünür və dəyişir. 2-ci tip diabet üçün 40 yaşdan yuxarı (Asiyalılar üçün 25), bacısı və ya valideynləri şəkərli diabet xəstəsi olan, artıq çəki və ya piylənmə olan insanlar daha yüksək risk qrupundadır.
Səbinə
Qlobal.net