AZ

AMB ən çox şikayət olunan bankları açıqladı – Vətəndaşlar nədən narazıdır?

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin yanvar ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.

2025-ci ilin yanvar ayında Azərbaycanda ən çox şikayət edilən bank 2.92 indeksi ilə “Yapı Kredi Bank Azərbaycan” seçilib.

Siyahıda bir neçə iri bankın adı olsa da amma vətəndaşların şikayətçi olduğu hallar açıqlanmayıb.

Bəs hazırda banklarda vətəndaşlar üçün çətinlik yaradan hansı hallar var? Vətəndaşlar nədən şikayətçidir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov qeyd edib ki, edilən bu şikayətlərin hamısının əsaslı olduğunu demək olmaz:

“Bu şikayətlərdə kəmiyyət önəmli deyil. Ola bilər ki, hansısa bankdan şikayət daha az ola bilər, amma daha da əsaslı olar. Bundan başqa elə banklar var ki, artıq onlar haqqında insanlar şikayət etmək istəmir. İnsanlar düşünür ki, onsuz da bu banklardan şikayət etməyin mənası yoxdur”. 

“Vətəndaşlar nədər şikayətçidir?” sualına cavab olaraq ekspert vurğulayıb ki, burda şikayət və tələb məsələsini ayırmaq lazımdr:

“Vətəndaşların problemlərlə qarşılaşdığı əsas iki məsələ var. İlk olaraq kreditlərlə bağlı məslələrdir. Məsələn, vətəndaş deyirsə ki, krediti düzgün hesablamayıblar, məndən artıq məbləğ istəyirlər, bu şikayətdir. Lakin müştəri deyirsə ki, krediti verə bilmirəm, mənə güzəşt etsinlər, bu isə artıq şikayət deyil. Çünki güzəşt bankın haqqıdır, istəsə edər, istəməsə yox.

Lakin bunu da şikayət kimi qeydə alırlar. Ən əsas problem isə son vaxtlar çoxalan bank kartlarından vəsaitlərin oğurlanması və itməsidir. Bu isə bir başa şikayət hesab olunur. Belə hallar isə son vaxtlar kəskin şəkildə artıb. 

Bundan başqa aydın məsələdir ki, şikayəti daha çox vətəndaşlar edir. Amma bütün banklarımız vətəndaşlarla işləmir. Məsələn, bir neçə bank var ki, onlar istehlakçılarla daha az işləyir, daha çox müştəriləri sahibkarlardır”.

Davud

Seçilən
24
valyuta.az

1Mənbələr