AZ

Azərbaycanda məşhur müğənni həbs olundu - ANBAAN GÖRÜNTÜLƏR

 

 

 

 

Azərbaycanda tanınmış müğənni Elmir Qəhrəmanov həbs olunub.

 

Elmir məhkəmənin qərarı ilə 1 il 6 ay azadlıqdan məhrum edilib.

 

O, təxminən bir il öncə azadlığa çıxsa da, eyni cinayət əməlini (Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmə tövsifini) cəmi 5 ay sonra təkrarlayıb. Məhkəmə onu işə baxılana kimi zaminə buraxıb, lakin proses uzun çəkdiyindən müğənni barəsində məhkəmənin yekun hökm qərarı bu qədər uzanıb.

 

Musiqi aləmində "Azərbaycanın İbrahim Tatlısəsi" kimi tanınan Elmirin yaxınlarının Titul.az-a verdiyi məlumata görə, sənətçi narkotik asılılığından əziyyət çəkdiyi üçün reablitasiya mərkəzlərindən birində müalicə aldıqdan sonra bu pis vərdişdən tamamilə uzaqlaşıb. Onun barəsində indi həbs cəzasının verilməsi reablitasiya dövründən öncə törətdiyi cinayət əməlinə görədir.

 

 
 

 

Tarix: 14 Fevral 2025, 09:08   
Seçilən
13
37
pravda.az

10Mənbələr