“Hamısı fırıldaqdır”. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəaliyyətini belə qiymətləndirən prezident Donald Tramp təşkilatın bağlanması qərarını verib. Artıq USAİD-in ofisi bağlanıb, işçiləri ixtisar edilib. Bu qərar təşkilat və onun maliyyələşdirdiyi şəbəkə tərəfindən etirazla qarşılansa da, Trampın mövqeyi dəyişmir. ABŞ prezidenti bəyan edir ki, “USAİD-in fəaliyyəti fırıldaqdan ibarətdir, təşkilatın pulunun çox az hissəsi yaxşı məqsədlər üçün xərclənib, onun büdcəsinin hər bir bəndi ya korrupsiyadır, ya da gülünc şeylər”.
Trampın “korrupsiya və gülünc şeylər” sözləri USAİD-in qlobal xaosa səbəb olan gizli əməllərinə aid edilə bilər. Təşkilatın rəsmi fəaliyyəti “humanitar yardım”, iqtisadi, sosial, tibbi dəstəyin verilməsi, eləcə də “demokratiyanın inkişafı” olaraq göstərilir, gerçəklər isə tamamilə fərqlidir: USAİD fəaliyyət göstərdiyi ölkələrin daxili işlərinə müdaxilə etmək, özünə bağlı şəbəkələr formalaşdırmaq və qlobal xaos yaratmaq işini həyata keçirir. Bu, təşkilatın yarandığı ilk gündən belə olub.
USAİD-in müstəqil təşkilat olması yarlıqdan başqa bir şey deyil. Təşkilat 1961-ci ildə xarici yardım təşkilatları və proqramlarını bir agentliyin çətiri altında toplamaq məqsədilə yaradılıb. Nizamnaməsində qeyd olunur ki, təşkilat dövlət katibinə tabedir. ABŞ-da tənqidçi jurnalistlər Mərkəzi Kəşfiyyat İdarəsinin müxtəlif ölkələrdə həm çevrilişlərin hazırlanması, həm casus şəbəkəsinin formalaşdırılması işində USAİD-dən çətir kimi istifadə etdiyini yazırlar. USAİD-in ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasına tabe olması da onun nə qədər “müstəqil” olduğundan xəbər verir. Trampın təşkilatın ləğv edilməsi ilə bağlı qərarı isə USAİD-in birbaşa Vaşinqtondan idarə edildiyinin sonuncu nümunəsidir. ABŞ prezidenti Ağ Evə tabe olan təşkilatı bir qərarla ləğv edirsə, bu təkcə USAİD-in müstəqil olmadığı demək deyil, həm də təşkilatın indiyə qədər xarici ölkələrdə həyata keçirdiyi əməliyyatların da sifarişçilərinin harada əyləşdiyindən xəbər verir.
Bu kontekstdə USAİD-in adının müxtəlif ölkələrdə həyata keçirilən qanlı əməliyyatlarda və çevriliş planlarında hallanması təsadüfi deyil. ABŞ dövlət katibinin beynəlxalq kommunikasiyalar və informasiya siyasəti üzrə köməkçisinin keçmiş müavini, İnternat Azadlıqları Fondunun təsisçisi Mayk Benzin sözləri USAİD-in gerçək fəaliyyətini ifşa edir. Benz bildirir ki, USAİD yardım təşkilatı deyil: “Bu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi adlandırılsa da, təşkilatın inkişaf etdirdiyi şey Dövlət Departamentinin xarici ölkələrdə təsirini artırmaq üçün qurduğu şəbəkədir. USAİD müxtəlif ölkələrdə gizli əməliyyatları koordinasiya etmək üçün mərkəz kimi yaradılıb. Onun 50 milyard dollarlıq büdcəsi var ki, bu da CİA və Dövlət Departamentindən böyükdür. Bu, Pentaqona, Dövlət Departamentinə və kəşfiyyata kömək edən universal bir vasitədir”.
Tramp Administrasiyasının USAİD-i bağlamaq qərarı da təşkilatın yüz milyardlarla dollar vəsaiti qeyri-humanitar əməliyyatlara sərf etməsidir. Təkcə 2024-cü ildə USAİD-in layihələrinə 36 milyard dollar pul ayrılıb, son 9 ildə isə bu rəqəm fantastik həddədir: 335 milyard dollar!
Faktlar və etiraflar USAİD-in “humanitar fəaliyyət” adı altında fərqli iş gördüyünü və “ayağı dəydiyi” ölkələrə xaosdan başqa heç nə gətirmədiyini təsdiq edir. Tramp Administrasiyası da USAİD-in “yardımlarının” ABŞ maraqlarına uyğun olmadığını, qlobal sülhü pozduğunu bildirir.
Seçkilərə müdaxilə və çevrilişlərin maliyyələşdirilməsi
USAİD-in adı müxtəlif ölkələrin daxili işlərinə müdaxilə və inqilab ssenarilərində hallanır. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri, “Tesla”, “SpaceX” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Mask da bildirir ki, “USAİD-in gördüyü işlərin çoxu seçkilərə təsir etmək məqsədi daşıyırdı”. Bununla bağlı konkret nümunələr mövcuddur.
- Kubada “ZunZuneo” əməliyyatı: 2009-2012-ci illərdə USAİD Kuba gənclərini təşkilatlandırmaq məqsədilə “Tvitteri”n (X) oxşarı olan sosial media platforması – “ZunZuneo” hazırlayıb. Platformada geniş istifadəçi bazası yaratmaq məqsədilə əvvəlcə apolitik məzmun – musiqi, idman və s. payaşılsa da, hədəf Kuba hökumətinə qarşı narazılığı körükləmək idi. USAİD mənşəyi gizlətmək üçün ofşor bank hesablarından, İspaniya və İrlandiya kimi ölkələrdən idarə olunan şirkətlərdən istifadə edib. Layihə 2012-ci ildə maliyyə problemlərinə görə dayandırıldı, 2014-cü ildə isə USAİD-in gizli əməliyyatı ifşa edildi.
- Boliviyada çevriliş planı: 2008-2013-cü illərdə USAİD Boliviya prezidenti Evo Moralesin hakimiyyətini devirmək istiqamətində işləyib. Hətta ölkənin şərq hissəsində siyasi muxtariyyətin yaradılması, parçalanmanın baş verməsi əməliyatını da gizli şəkildə icra edib. 2013-cü ildə hakimiyyəti USAİD ölkədən qovub.
- Braziliyada siyasi islahatlara təsir cəhdləri: 2005-ci ildə USAİD-in Braziliyada daxili siyasətə müdaxilə etdiyi ortaya çıxıb. Təşkilat Braziliya Konqresində islahatları təşviq edən seminarları maliyyələşdirib.
- Gürcüstanda “qızılgül inqilabı”, Ukraynada “narıncı inqilab”, Qırğızıstanda “zambaq inqilabı” USAİD-in post-sovet məkanında həyata keçirdiyi gizli əməliyyatlar siyahısına daxildir.
- 2018-ci ildə Ermənistandakı “küçə inqilabı”nın maliyyələşdirilməsi və koordinasiya edilməsində USAİD xüsusi rol oynayıb;
- 2019-cu ildə Hindistanda seçkilərə müdaxilə cəhdi: Dövlət Departamentinin keçmiş əməkdaşı Mayk Benz bildirir ki, ABŞ-da müxtəlif qruplar həmin vaxt hakimiyyətdə olan Donald Trampın iradəsindən kənar şəkildə USAİD-in əli ilə seçkiyə müdaxilə etməyə çalışıb, xüsusilə Modi əleyhinə dezinformasiya kampaniyasını maliyyələşdirib.
- 2023-cü ildə Banqladeşdə seçkilərə müdaxilə və xaosun təşkil edilməsi: ölkədə yaranmış qeyri-sabit vəziyyətin əsas təşkilatçısı kimi USAİD-in adı çəkilirdi;
USAİD 2010-cu illərin əvvəllərindən etibarən Azərbaycanda da casus şəbəkəsinin yaradılması, “rəngli inqilab” və xaos planlarının tətbiqinə uğursuz cəhdlər edib.
LGBT təbliği, təşviqi və maliyyələşdirilməsi
USAİD-in əsas fəaliyyət istiqamətlərindən biri məhz ənənəvi dəyərlərin dağıdılması, xüsusilə LGBT hərəkatının dəstəklənməsi olub.
- Kolumbiyada transgender operasına 47 min dollar;
- Qvatemalada cinsiyyətin dəyişdirilməsi və LGBT fəallığının artırılmasına 2 milyon dollar;
- Cənubi Afrikada “OUT LGBT Well-being” təşkilatına 3,1 milyon dollar;
- Serbiyada “Grupa İzadji” təşkilatına 1,5 milyon dollar;
- Ermənistanda “LGBT group”a 1,1 milyon dollar;
- Hindistanda trangenderlərə səhiyyə xidməti göstərən ilk klinakının açılması və s.
USAİD LGBT hüquqlarının müdafiəsinə milyonlarla dollar ayırdığını rəsmi şəkildə bildirir.
Əl-Qaidəyə uzanan gizli yollar və terrora dəstək
“Humanitar yardım”, “demokratiyanın inkişafı” kimi bəzəkli terminlərdən istifadə edən USAİD-in terror təşkilatları ilə gizli əlaqələri də ifşa edilir. ABŞ-da əsas müzakirələrdən biri Əl-Qaidə üzvü olmuş Ənvər Əl-Əvlakinin ABŞ-da təhsilinin USAİD tərəfindən maliyyələşdirilməsidir. Məlumatlara görə, təşkilat 1990-cı ildə Ənvər Əl-Əvlakinin Koloroda Dövlət Universitetində təhsil almasını tam maliyyələşdirib. 1994-cü ildə inşaat mühəndisliyi üzrə bakalavr dərəcəsini alan Əl-Əvlaki daha sonra ABŞ-da terror qruplaşması üçün üzvlər toplayıb. Əl-Əvlakin 2001-ci il 11 sentyabr terrorunu təşkil edən terrorçular Navaf əl-Həzmi və Xalid əl-Mihdharla hücumdan əvvəl görüşdüyünə dair məlumatlar var. Onun 2009-cu ildə Texasda yerləşən hərbi bazada 13 nəfəri güllələyən Nidal Həsənlə, eyni zamanda, həmin ilin Milad bayramında Şimal-Qərb Hava Yolları şirkətinə məxsus təyyarəni partlatmağa cəhd edən Ömər Faruk Əbdülmütəllabla əlaqəsi olub. Əl-Əvlaki 2011-ci ildə Obamanın əmri ilə qlobal terrorçu elan edilib və həmin il ABŞ ordusunun hava hücumu zamanı öldürülüb.
USAİD-in Əl-Qaidə terrorçuların qidalanması üçün 10 milyon dollara yaxın vəsaitinin xərcləndiyi haqda məlumatlar var. Təşkilatın Suriya bölməsinin rəhbəri Mahmud Əl-Hayfan “humanitar yardım” üçün nəzərdə tutulan vəsaitləri Əl-Qaidə ilə əlaqəsi olan terrorçulara yemək alınmasına xərcləyib.
Təşkilatın ABŞ-da terror təşkilatı kimi tanınan HƏMAS qruplaşmasına “humanitar yardım” adı altında 100 milyondan çox vəsait ötürdüyü faktı aşklarlanıb. Bununla yanaşı, Misirdə turizm fondu üçün ayrılan 6 milyon dollarlıq vəsaitin Suriyada Əl-Qaidəyə bağlı terrorçulara xərcləndiyi ortaya çıxıb. USAİD Əfqanıstanda Talibanın “xaşxaş becərilməsi və herion istehsalına dəstək” məqsədilə 100 milyondan çox vəsait ayırıb.
Bütün bu faktlar USAİD-in qeyri-şəffaflığını və gerçək fəaliyyətinin nədən ibarət olduğunu ifşa edir. Və təşkilatın “azad mətbuat”, “söz azadlığı” yarlığı altında maliyyələşdirdiyi media resurslarının da nə qədər “obyektiv”, “şəffaf”, “ədalətli” olduğuna diqqət çəkir.
Media diversantları – informasiya təxribnatına xərclənən milyonlar
Araşdırmalar beynəlxalq nüfuza malik olan media resurslarının arxasından USAİD-in çıxdığın təsdiq edir. Təşkilatın 2024-cü ildə maliyyə ayırdığı media resursları:
- “The New York Times”: 3,1 milyon dollar.
- “Politico”: 8 milyon dollar.
- “Associated AraşırPress”: 19 milyon dollar.
- BBC: 2,6 milyon funt sterlinq.
- "Reuters": 9 milyon dollar.
- "Frans-Press" agentliyi: 447 min dollar.
Ümumilikdə 700-dən çox media, 300-ə yaxın media üzrə fəaliyyət göstərən QHT və 6 mindən çox jurnalist USAİD tərəfindən maliyyələşib. Ukraynadakı media resurslarının 90 faizinin maliyyəsi də təşkilatdan təmin edilib. Ötən il USAİD Ukraynadakı layihələrə 6 milyard dollardan çox vəsait xərcləyib.
Sual yaranır: bu media orqanları – beynəlxalq nüfuza malik olanlardan tutmuş sıravi jurnalistə qədər, nə dərəcədə müstəqildirlər? USAİD bu qədər media resursunu nə üçün maliyyələşdirib?
Təşkilatın gerçək fəaliyyəti və hədəfləri təsdiq edir ki, media sahəsinə ayrılan vəsaitlər “informasiya diversantları” hazırlamaq məqsədinə xidmət edib. Onların əsas işi də milli hökumətlərə təzyiq etmək, dezinformasiya kampaniyalarının təşkili olub. Azərbaycanda USAİD tərəfindən maliyyələşdirilən “Turan” agentliyi, “Meydan Tv”, “Abzas”, “Toplum Tv” kimi resursların fəaliyyət prinsipləri də bunun real nümunələrindəndir. Və ABŞ hökuməti tərəfindən aparılan araşdırmalar sübut edir ki, USAİD tərəfindən maliyyələşdirilən bu media subtyektləri iddia etdikləri kimi, “müstəqil media” yox, informasiya diversantlarıdır.
Asif Nərimanlı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta