Kardioloq ürəktutmadan ölüb.
Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bədbəxt hadisə Tokat şəhərində baş verib.
Belə ki, Tokat Qaziosmanpaşa Universitetinin Tibb Fakültəsinin Kardiologiya şöbəsində çalışan 27 yaşlı Dr. Ahmet Şimşək infarkt keçirib.
Evli və iki uşaq atası olan Şimşək ürəktutmadan ölüb.
Kardioloqun cənazəsi dəfn olunmaq üçün məmləkəti Kayseriyə aparılıb.
Billurə Yunus