Hüquqları "Yuventus"a məxsus olan, icarə əsasında Niderlandın "Ayaks" klubunda çıxış edən Daniele Ruqani sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 6 ay şərti cəza alıb.
Fanat.Az xəbər verir ki, bu barədə “Torino Today” məlumat yayıb.
Mənbənin məlumatına görə, həmçinin o, 2000 avro məbləğində cərimə olunub, sürücülük vəsiqəsi əlindən alınıb və "Maserati" markalı avtomobili müsadirə edilib.
İtaliyalı müdafiəçi 2023-cü il iyulun 21-də spirtli içki qəbul edərək avtomobilini idarə edərkən yaxalanıb. Həmin vaxt o, "Yuventus"un futbolçusu idi.
Daniele 2012-ci ildən Turin klubunda çıxış edir. Bu müddət ərzində o, “Empoli”, “Renn” və “Kalyari”yə icarəyə verilib.
O, İtaliya millisində 7 oyun keçirib.
Qeyd edək ki, Ruqani "Ayaks"ın “Qarabağ”la Avropa Liqası oyununun iştirakçısı olub. O, ötən ilin oktyabrında Bakıda baş tutan matçın start heyətində yer alıb və 59-cu dəqiqəsində əvəzlənib. Bu görüşdə onun komandası 3:0 hesablı qələbə qazanıb.
Mirağa