ABŞ prezidenti Donald Tramp cümə axşamı, fevralın 13-də deyib ki, o, Rusiyanı Krımla bağlı fikir ayrılıqlarına görə 2014-cü ildə çıxarıldığı G7 qrupuna (?Böyük Yeddilik?) geri qaytarmaq istəyir.
?Düşünürəm ki, onu qovmaq yanlış addım idi?, ? deyə Tramp Rusiya prezidenti Vladimir Putini nəzərdə tutaraq bildirib.
Amerika prezidenti həmçinin bildirib ki, o, Rusiya və Çinlə hərbi xərclərin qarşılıqlı azaldılması ilə bağlı danışıqlar aparmaq istəyir.
Tramp bu sözləri Ağ Evdə bir sıra ölkələr üçün ticarət tarifləri ilə bağlı planı imzaladıqdan sonra deyib.