Tayvanda partlayışın baş verdiyi univermağın sahibi olan "Shin Kong Group" şirkəti hadisəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü və ölənlərin ailələrinə təzminat ödəyəcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in "Taipei Times" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə şirkətin prezidenti Riçard Vu bildirib.
"Şirkət rəhbərliyi ölənlərin hər birinin ailəsinə 1 milyon Tayvan dolları (təxminən 30 min dollar) təzminat verir.
Partlayış univermağın 12-ci mərtəbəsində baş verib, ilkin məlumata görə, qaz balonu partlayıb. Nəticədə 5 nəfər ölüb, 30-a yaxın yaralı var, 25 nəfər isə şəhər xəstəxanalarındadır.