"Santos"un hücumçusu Neymar yay transfer pəncərəsində Avropaya qayıtmaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.
Mənbənin sözlərinə görə, braziliyalı futbolçu yenidən dünyanın ən yaxşı liqalarında oynamaq istəyir. Bütün mümkün təkliflər arasında onun tərəddüd etmədən qəbul edəcəyi bir klub var - "Barselona". O, 2013-2017-ci illərdə çıxış etdiyi İspaniya nəhənginə qayıtmağı arzulayır.
Qeyd olunur ki, Neymar karyerasını yenidən aktivləşdirmək üçün "Santos"a keçib. Orada yenə ən yaxşı formasını göstərməyə çalışacaq.