AZ

“Qalatasaray” darmadağın oldu, “Fənərbağça” qələbə qazandı – Video


UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu mərhələdə ölkəmizdə də kifayət qədər azarkeş kütləsi olan Türkiyə klubları “Fənərbağça” və “Qalatasaray” da ilk matçlarına çıxıblar.
Əvvəlcə “Sarı-lacivərdlilər”in görüşü baş tutub. İstanbulda keçirilən oyunda Türkiyə təmsilçisi “Anderlext”i 3:0 hesabı ilə məğlub edib.
“Qalatasaray” isə səfərdə “AZ Alkmaar”a (AZ) 4:1 məğlub olub.

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarının nəticələri belə olub:
“Ferentsvaroş” (Macarıstan) - “Viktoriya” (Çexiya) 1:0;
“Yunion” (Belçika) - “Ayaks” (Niderland) 0:2;
“Midtyullann” (Danimarka) - “Real Sosyedad” (İspaniya) 1:2;
“Fənərbağça” (Türkiyə) - “Anderlext” (Belçika) 3:0;
“Portu” (Portuqaliya) - “Roma” (İtaliya) 1:1;
"Tvente" (Niderland) - "Budyo Qlimt" (Norveç) 2:1;
AZ (Niderland) - "Qalatasaray" (Türkiyə) 4:1;
PAOK (Yunanıstan) - FCSB (Rumıniya) 1:2.


Seçilən
48
4
yeniavaz.com

10Mənbələr