AZ

ABŞ-da “TikTok”a qoyulan məhdudiyyət aradan qaldırıldı

ABŞ-da
Amerika Birləşmiş Ştatlarında "TikTok" sosial şəbəkəsinin "Google Play Store" və "App Store"-a geri döndüyü bildirildi. 1news.az NBC News-a istinadən xəbər verir ki, Google və Apple rəsmiləri "TikTok" tətbiqinin 19 yanvarda qısa müddətə tətbiq edilən giriş məhdudiyyəti səbəbindən ABŞ-də silindiyini, lakin yenidən "Google Play Store" və "App Store"-a qaytarıldığını bildiriblər. ABŞ-da telefonunda "TikTok" tətbiqi olmayanlar artıq bu platformalardan tətbiqi yükləyə biləcəklər.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden TikTok sosial şəbəkəsinin ölkədə qadağan edilməsi haqqında müddəanı təsdiqləyib. Bununla da19 yanvar tarixindən bəri ABŞ-dakı istifadəçilər "Google Play Store" və "App Store"-dan bu tətbiqi yükləyə bilmirdilər. Giriş məhdudiyyətinin aradan qaldırılması ilə telefonunda artıq tətbiq olan istifadəçilər "TikTok"-dan istifadə etməyə davam edə bilirdilər.

ABŞ Prezidenti Donald Trump, "TikTok"-un bir Amerika şirkətinə satılmaması halında ölkədə qadağan olunmasını nəzərdə tutan qanunun icrasının 75 gün müddətinə dayandırılması qərarının uzadıla biləcəyini bildirmişdi.

Seçilən
2
1
1news.az

2Mənbələr