ABŞ-da Tiktok mobil tətbiqi yenidən "Əpl" və "Quql" əməliyyat sistemlərində əlçatan olub.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, Tikok tətbiqinin əməliyyat sistemlərinə qayıtması ABŞ-ın baş prokuroru Pam Bondinin məktubu ilə əlaqələndirilir.
Xatırladaq ki, ABŞ-da yanvarın 19-dan qoyulan qadağa çərçivəsində Tiktok "Əpp Stor" və "Quql Pley"in əməliyyat sistemindən çıxarılmışdı.
Yanvarın 20-də inaqurasiyadan sonra isə Donald Tramp ABŞ-da platformanın bloklanmasını ən azı 75 gün təxirə salmağı nəzərdə tutan sərəncam imzalayıb. O, həmçinin jurnalistlərə bildirib ki, ABŞ Tiktokun yarısına sahib olmalıdır.